İranda daha 881 nəfər koronavirusa yoluxdu

15:14 10.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 881 nəfər yeni koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. Bu barәdә hafta.az nazirliyә istinadәn mәlumat verir.

K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 8 042 nəfərə çatıb.

Cahanpur əlavə edib ki, ötən sutka ərzində 54 nəfər dünyasını dəyişib və ümumilikdə ölənlərin sayı 291 nəfərə çatıb.

Nazirlik rәsmisi 2 731 nәfәrin sağaldığını deyib.