İranlı din alimindən Azərbaycan xalqına təbrik

14:08 12.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranlı Ayətullah Məkarim Şirazi Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Fatimeyi Zəhra (s.ə) məscidinin istifadəyə verilməsi münasibətilə Azərbaycan xalqına təbrik məktubu yayımlayıb.

Hafta.az-ın İranın ölkəmizdəki səfirliyinə istinadən yazdığına görə, məktubda qeyd edilir ki, bu yaxınlarda Bakıda Həzrəti Fatimə Zəhra (s.ə) adına məscid açılması xəbərindən çox seviniblər. Bu səbəbdən də Azərbaycan xalqını təbrik edən Ayətullah Şirazi məscidin yenidən qurulmasında və açılışında əməyi keçən hər bir məsul şəxsə təşəkkürlərini bildirib.