İşıq dirəklərinin metal hissələrini oğurlayan tutuldu - VİDEO

18:44 26.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Nizami rayonu ərazisində işıqlandırma dirəklərinin üzərindəki metal qurğular oğurlanıb.

Hafta.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı Qadir Süleymanov müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı onun oğurladığı  hissələri metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.