“İsmayıllı Quşçuluq” ASC-nin səhmləri satışa çıxarılacaq

11:31 16.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İsmayıllı Quşçuluq” ASC-nin 175 509 ədəd adi, sənədsiz, adlı səhmi Bakı Fond Birjası QSC-də satışa çıxarılacaq.

Hafta.az-ın məlumatına görə, açıq hərrac noyabrın 5-də keçiriləcək.

Bakı Fond Birjası QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı “İnvestAZ” QSC İnvestisiya Şirkətinə və ya Bakı Fond Birjası QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.