İsmayıllı sakinindən tüfəng götürülüb

09:38 15.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Enişdibi kənd sakini Mahir Alcanovdan qanunsuz olaraq saxladığı "İJ-16"markalı ov tüfəngi götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.