İsveç Ərdoğana qarşı aksiyanı təxribat adlandırıb

18:45 13.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsveçin baş naziri Ulf Kristersson PKK tərəfdarlarının krallığın paytaxtında keçirilən nümayişini tənqid edib. Onun fikrincə, bu mitinq ölkənin Şimali Atlantika Alyansına qoşulmaq səylərinə zərbə vurur.

“Bu, son dərəcə ciddidir.Bu, İsveçin NATO-ya müraciətinə qarşı təxribatdır”, - Kristersson bildirib.
İsveç baş naziri qeyd edib ki,bu hadisələr krallığın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə bilər. O, həmçinin vurğulayıb ki, Stokholm nümayişçilərin hərəkətlərini pisləyir.