İtaliyada partiya sədri koronavirusa yoluxdu

22:31 07.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada koalisiyon hökumətdə təmsil olunan Demokratik Partiyanın lideri Nikola Dzinqarettidə koronavirus aşkarlanıb.

Bunu siyasətçi “Facebook” səhifəsində elan edib.

N.Dzinqaretti sosial şəbəkədəki hesabında canlı yayıma çıxaraq “məndə koronavirus var” deyib. Siyasətçi hazırda evdə karantin şəraitində saxlanıldığını və onunla indiyədək təmasda olan hər kəsin nəzarət altına alınacağını vurğulayıb.

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 197 nəfərdir. Yoluxanların sayı isə 4 600-ü ötüb.