İtkin düşən daha bir Ağdam sakini axtarılır

14:58 28.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtkin düşən 54 yaşlı Ağdam sakini axtarılır.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Ağdam rayonunun Bənövşələr qəsəbəsində yaşayan 54 yaşlı Ehtibar Rzayev 12 oktyabr 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə və ya Ağdam Rayon Polis Şöbəsinə (0-2632-5-02-02) telefon nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova da 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.