Yazını böyüt
Yazını kiçilt
Nazirlər Kabinetinin qərarı ilə ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə dəyişiklik edilib.
Hafta.az xəbər verir ki, Baş nazir Əli Əsədovun cari ilin 18 fevral qərarı ilə kompüter avadanlığı, kompüter hissə və ləvazimatlar, hesablayıcı maşınlar və digər komponentlərin 2025-ci il 28 avqust tarixinə qədər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilməsini nəzərdə tutur.