K-pop janrının yüksələn ulduzu Le Sserafim musiqi sənayesini dəyişmək istədiyini deyir.
Hafta.az-ın yazdığına görə, qrupun ən gənc üzvü olan 17 yaşlı Hong Eunçe, musiqi sənayesində güclü bir şəxsiyyət yaratmağı hədəflədiklərini bildirir və deyir: “Getmək istədiyim yolla gedərkən büdrəyib yıxılmağın fərqi yoxdur. Heç nə olmamış kimi yenidən başlayıram. Vermək istədiyim mesaj budur”.
Qrupun digər üzvü Huh Yunjin güclü olmaqla yanaşı zəif cəhətləri də göstərməyin vacibliyinə diqqət çəkir və deyir: "Bir qrup olaraq biz həmişə güclü, lakin həssas olmanın ikiliyini göstərməyə çalışırıq".
23 yaşlı müğənni qrup üzvlərinin çətin anlarında bir-birlərinə dəstək olmalarının onların karyeralarının davamı üçün vacib olduğunu bildirir.
Qrup Source Music səsyazma şirkəti üzvləri bir araya gətirəndə yaranıb. 26 yaşlı Sakura Miyavaki əvvəllər KT48, AKB48 və “Iz*One” kimi J-pop qruplarında olub.
24 yaşlı müğənni Kim Çae-von həm də “Iz*One” qrupunun keçmiş üzvü və “Le Sserafim” qrupunun rəhbəridir. Gənc sənətçi mahnılarının K-pop sənayesindəki ağır şərtlərə və təzyiqlərə toxunduğunu bildirir.
Cənubi Koreyada doğulan Huh Yunjin uşaqlığının çox hissəsini Nyu Yorkda keçirib. O, ABŞ-da opera təhsilini yarımçıq qoyub Seula qayıdıb və K-pop sənayesinə girib.
Seulda doğulub böyüyən Hong Eunçe də 2022-ci ildə qurulan “Le Sserafim”ə qoşulmazdan əvvəl cəmi 15 ay hazırlaşıb.
Qrupa ən son qoşulan 21 yaşlı yapon əsilli Kazuha Nakamuradır. “Le Sserafim” 2022-ci ildə ilk sinqlının çıxmasından 5 ay əvvəl qrupa qatılıb və Niderlandda almaqda olduğu balet təhsilini yarımçıq tərk edib.