Rusiyanın ən böyük yük maşınları istehsalçısı olan KAMAZ yeni pilotsuz özüboşaldan yük maşını “Robocop”u təqdim edib.
Hafta.az-ın yazdığına görə, KAMAZ şirkəti tərəfindən hazırlanmış yeni pilotsuz özüboşaltma maşını kömür mədənində işləmək üçün tam avtonom olmaq üçün nəzərdə tutulub.
Nəqliyyat vasitəsi klassik kabinsiz seriyalı dörd oxlu mədən özüboşaltma maşını KAMAZ-4554 Atlant 49 əsasında qurulub. Pilotsuz idarəetmə sistemi üçün elektronikaya sahib olan avtomobil futuristik dizayna malikdir.
Boş çəkisi 23 ton olan yük maşını 500 at gücünə malik KAMAZ-910.11-500 turbodizel və 7 pilləli avtomatik transmissiya ilə təchiz edilib. Özboşaldan avtomobilin kuzovunun həcmi 35 kubmetrdir və 49 ton yük daşımaq üçün nəzərdə tutulub.
Yeni pilotsuz yük maşını Kemerovo bölgəsindəki yerli kömür şaxtalarından birində real istismarda sürücülük sınaqlarından keçəcək.
“RoboCop”un nə vaxt kütləvi istehsala keçəcəyi və qiymətinin nə qədər olacağı açıqlanmayıb.