Kanada Bosniyaya, ABŞ Paraqvaya qarşı

10:05 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə dünya çempionatında həyəcan bütün sürəti ilə davam edir.

Hafta.az xəbər verir ki, qrup mərhələsinin birinci turu çərçivəsində daha iki maraqlı qarşılaşmaya start veriləcək.

İlk duel B qrupunda yer alan Kanada və Bosniya və Herseqovina yığmaları arasında baş tutacaq. "Toronto" stadionunda oynanılacaq bu matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Gecənin digər qarşılaşması isə iyunun 13-ü Bakı vaxtı ilə saat 05:00-da "Los-Anceles" stadionunda təşkil olunacaq. D qrupunun bu görüşündə ABŞ və Paraqvay milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.

Dünya çempionatı

B qrupu

I tur

12 iyun

23:00. Kanada - Bosniya və Herseqovina

"Toronto" stadionu

13 iyun

D qrupu

05:00. ABŞ - Paraqvay

"Los-Anceles" stadionu

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.