Kanalda batan respublika çempionunun meyiti tapıldı

12:38 17.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yuxarı Şirvan suvarma kanalının Ağdaş rayonu Şəkili kəndindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.

Hafta.az xəbər verir ki, kənd sakini, 2008-ci il təvəllüdlü Dəniz Nəsib oğlu Süleymanlının meyiti batdığı istiqamətdə aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, kanalda batan yeniyetmə alpaqut idman növü üzrə respublika çempionu imiş.