Keçmiş sovet respubliklarından yalnız Moldova Rusiyaya qarşı çıxdı

09:10 22.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Baltikyanı respublikalar xaric, indiyədək keçmiş sovet ölkələrindən yalnız Moldova Rusiyanın Ukraynanın ərazi bütövlüyünə zidd şəkildə Donbas və Luqansk separatçı rejimlərini tanımaq qərarını pisləyən açıq bəyanatla çıxış edib.

Hafta.az yazır ki, Moldova prezidenti Maya Sandu indiyədək olduğu kimi, bundan sonra da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcəklərini qeyd edib. 

"Bu, açıq şəkildə beynəlxalq hüquqa ziddir. Moldova beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə qətiyyətlə sadiqdir", - deyə o, tvitter hesabında yazıb.