Kəlbəcərdə traktor minaya düşüb

20:42 01.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcərdə mina hadisəsi baş verib.

Hafta.az bildirir ki, hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb.

Traktorun minaya düşməsi zamanı partlayış olub. Nəticədə traktorun sürücüsü Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.