Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi

09:55 21.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov faciəvi helikopter qəzası nəticəsində İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması ilə bağlı dost ölkənin daxili işlər naziri Əhməd Vahidiyə başsağlığı məktubu göndərib.

 

Hafta.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

Nazir Ə.Vahidiyə belə ağır məqamda kədərlərini bölüşdüyünü bildirib, dərin hüznlə başsağlığını çatdırıb.