Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

10:29 18.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 2020-ci ildə kənd təsərrfüatı sahəsində məhsul istehsalında artım qeydə alınıb.

2020-ci ildə kənd təsərrüfatında istehsal edilən məhsulun həcmi 8 milyard 428,9 milyon manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 2 faiz çoxdur.

Kənd təsərrüfatında istehsal edilən məhsulun 4 milyard 028,4 milyon manatı bitkiçilik, 4 milyard 400,5 milyon manatı isə heyvandarlıq sahəsinin payına düşür.