Kərkükdə ilk dəfə Türk Dünyası Beynəlxalq Film Festivalı keçiriləcək

09:09 23.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu dəfə türk dünyasının ürəyi Kərkükdə döyünəcək. Kərkük Türkmən Qardaşlıq Dərnəyi və Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fondu "1-ci Kərkük Türk Dünyası Beynəlxalq Film Festivalı"nın 23-25 ​​aprel tarixləri arasında keçiriləcəyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, festivalın açılışı və protokol çıxışları aprelin 23-də saat 17:00-18:00 arasında olacaq. Daha sonra festival 24-25 aprel tarixlərində saat 17.00-18.00 arasında keçiriləcək.

Kərkük Türkmən Qardaşlıq Mərkəzi öz elanında bütün xalqı qarşıdan gələn festivala dəvət edib.