“Kipr türklərini qorumaq üçün daha çox qüvvə göndərəcəyik” - Çavuşoğlu

19:44 29.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Dənizlidə verdiyi açıqlamada, "Kıbrıs Türklərini qorumaq üçün ora daha çox qüvvə göndərəcəyik və onların silah baxımından ehtiyacı olan hər şeyi qarşılayacağıq" deyib.

Hafta.az bildirir ki, nazir Çavuşoğlu açıqlamasında bu ifadələrdən istifadə edib:

"Dünya qarşımıza çıxsa belə, biz Kiprdə, Egeydə və Şərqi Aralıq dənizində hüquqlarımızı və qanunlarımızı qorumağa davam edəcəyik. Bu mövzuda da qərarlıyıq.

ABŞ Kipr Rum tərəfinə silah embarqosunu ləğv edib. Bu silahı kimə qarşı verəcəksən?

Biz nə edəcəyik? Kipr türklərini qorumaq üçün ora daha çox qüvvə göndərəcəyik və onların silah kimi ehtiyacı olan hər şeyi qarşılayacağıq”.

Siyasət rubrikasından digər xəbərlər