Kiprdə "Qarabağ"a qarşı növbəti təxribat gözlənilir? - Açıqlama

20:37 25.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu barədə düşünmürəm. Çünki nəsə olacağına inanmıram. Əvvəllər bəzi olaylar baş verib.

Hafta.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Omoniya" ilə Kiprdə keçiriləcək matçda təxribat ehtimalı ilə bağlı danışarkən deyib.

"Yəqin, UEFA da ciddi xəbərdarlıq edib. Nəsə olsa, yerində reaksiya veriləcək", - Q.Qurbanov qeyd edib.

Oxunma sayı 385