KKTC-də minimum əməkhaqqı açıqlandı: 29640 lirə

11:03 22.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) minimum əməkhaqqının həcmi artırılıb.

Hafta.az-ın yazdığına görə, yeni 23,5 faiz artımla minimum əməkhaqqı 29640 lirə (1565 manat) olub. Qərar “Resmi Gazete”də dərc olunub.

“Habertürk”də yer alan xəbərə görə, KKTC Əmək və Sosial Müdafiə naziri Sadık Qardiyanoğlu komissiya iclasından sonra açıqlama verib. Gardiyanoğlu minimum əməkhaqqının brüt 34070 lirə, xalis 29640 lirə olaraq təyin edildiyini açıqlayıb.

Qardiyanoğlu, 1 may 2024-cü il tarixindən etibarən qüvvədə olan minimum əməkhaqqının səs çoxluğu ilə müəyyən edildiyini də bildirib.

Minimum əməkhaqqı həftəlik 7862 lirə 30 quruş, gündəlik 1572 lirə 46 quruş və saatlıq 196 lirə 55 quruş olaraq tətbiq olunacaq.