Klub rəhbərliyi Qurban Qurbanovla görüşüb

16:26 22.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ”ın prezidenti Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Hafta.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan çempionunun mətbuat xidməti açıqlayıb.

Görüş Ağdam klubunun bazasında baş tutub. Gözəl və Qurbanov bu gün baş tutacaq “Qarabağ” - “Braqa” oyunu barədə fikir mübadiləsi aparıblar. Klub prezidenti Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə komandaya uğurlar arzulayıb.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” matçı saat 21:45-də başlayacaq.

 
Oxunma sayı 172