Kobaxidze: Aİ kursunu düzəltməlidir

15:58 09.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Gürcüstan düzgün yoldadır, Avropa İttifaqı (Aİ) kursuna düzəliş etməlidir".

Hafta.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Avropa bürokratiyasının Aİ-ni hara apardığı məlum deyil:

"Biz düzgün istiqamətdə addımlayırıq, məqsədimizi bilirik. Bizim əsas xarici siyasət prioritetimiz avrointeqrasiyadır".

Baş nazirin sözlərinə görə, Aİ-nin Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejimi müvəqqəti dayandırması ikili standarları nümayiş etdirir:

"Bu, Avropa bürokratiyasında tam xaosun hökm sürdüyünü göstərir. Vəziyyət faciəvidir".