Yazını böyüt
Yazını kiçilt
Kral III Çarlz və Şahzadə Uilyamın 2026-cı ildə ayrı-ayrılıqda ABŞ-a səfəri planlaşdırılır.
Hafta.az xəbər verir ki, həmin il ABŞ-da Amerika müstəqilliyinin 250 illiyi qeyd olunacaq.
Bildirilib ki, Kralın mümkün səfəri ilə bağlı müzakirələr artıq aparılır. Şahzadə Uilyamın isə 2026-cı ildə ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatı zamanı ölkəyə səfəri gözlənilir. Bu səfərlər baş tutacağı təqdirdə, 2007-ci ildən bəri hökmranlıq edən Britaniya monarxının ABŞ-a ilk rəsmi səfəri olacaq.