Hakerlər Rusiya prezidenti Vladimir Putinin ofisinə göndərildiyi iddia edilən və mümkün III Dünya Müharibəsinə hazırlıqdan bəhs edən məxfi sənədləri ələ keçiriblər.
Hafta.az-ın “The Sun” qəzetinin istinadən yazdığına görə, Moskva tərəfindən təsdiq və ya təkzib edilməyən bu sənədlər bizi “Vladimir Putin üçüncü dünya müharibəsini başlamağa hazırlaşırdı” kimi düşünməyə vadar edib.
Ukrayna Milli Müqavimət Mərkəzi yazıb ki, hakerlər gələn həftə keçiriləcək prezident seçkilərindən sonra təqdim olunacaq beş mərhələdən ibarət planı əks etdirən sənədləri elektron poçt vasitəsilə əldə ediblər.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin prezident Putinə ünvanlandığı güman edilən məktubda onun növbəti müddəti üçün Avropanı “müharibəyə sövq edəcək” siyasətlər təklif etdiyi də iddialar arasındadır.
Sənəddə beş əsas ideya var: əsas sənaye sahələrinin milliləşdirilməsi, senzuranın əhəmiyyətli dərəcədə artırılması, müxalif fikirlərin yatırılması, Rusiyada Qərbin təsirlərinə tamamilə son qoyulması və Avropaya xaos ixracı.
Məktubda deyilir ki, Ukraynada müharibə başa çatdıqdan və Kiyev “rejiminin” süqutundan sonra Rusiya ilə Qərb arasında münaqişə dayanmayacaq, əksinə, daha da şiddətlənəcək.
Sənəddə 1918-ci ildə Sovet Rusiyası ilə Mərkəzi Dövlətlər arasında imzalanmış və Rusiyanın Birinci Dünya Müharibəsində iştirakına son qoyan Brest-Litovsk müqaviləsi üçün də “rüsvayçı” ifadəsi də yer alıb.
Həmin müqavilədə Rusiya öz şərtləri ilə Ukrayna, Polşa, Belarus və Baltikyanı ölkələrə nəzarəti itirdi. Məktubda bu ölkələri təhlükəyə məruz qoya biləcək “müqaviləni ləğv etməyin zəruriliyi” vurğulanıb.
Ukraynada davam edən müharibə və Moskva ilə Qərb arasında artan gərginlik kontekstində vaxtaşırı bir çox siqnallar və məlumatlar yayılır ki, onların etibarlılığını müstəqil mənbə təsdiqləmir.
Putin bu ayın əvvəlində xəbərdarlıq etmişdi ki, Qərb nüvə silahı ilə bombalanmaq riski daşıyır.
İki saatdan çox davam edən sərt çıxışında Rusiya prezidenti Qərbi Rusiyanı “məhv etmək” cəhdində ittihamlayıb və Ukraynada Moskvanın məqsədlərinə nail olacağına söz verib.
Millətin vəziyyəti ilə bağlı illik müraciətində Putin, "potensial işğalçılar" üçün nəticələrin "daha faciəli" olacağını vurğulayıb.