“KTMT rəhbəri Paşinyanla niyə görüşmədi?”- Qurumdan rəsmi izahat

19:17 27.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"KTMT-nin baş katibi Stanislav Zas Ermənistana səfəri zamanı baş nazir Nikol Paşinyanla görüşməyib, çünki o, həmin vaxt BMT Baş Assambleyasında olub”.

Hafta.az xəbər verir ki,  bu barədə “RİA Novosti”-yə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

Bundan əvvəl KTMT missiyası KTMT Kollektiv Təhlükəsizlik Şurasının sentyabrın 13-də keçirilən növbədənkənar iclasının qərarına əsasən Ermənistana gəlib. Missiya Ermənistan liderləri ilə bir sıra görüşlər keçirib və Azərbaycanla sərhədə baş çəkib. Lakin yerli media missiyanın Paşinyanla görüşməməsinə diqqət çəkib.

Siyasət rubrikasından digər xəbərlər