Laçında yol qəzasında ölən hərbçilərə şəhid statusu veriləcək - DSX

13:34 17.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında ölən hərbi qulluqçularına şəhid statusu veriləcək.

Bu barədə hafta.az-a DSX-dən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə əsasən, yol qəzasında ölən hərbi qulluqçularımıza şəhid statusu veriləcək.

Qeyd edək ki, ötən gün saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

Oxunma sayı 1059
Siyasət rubrikasından digər xəbərlər