“Lada” 10 illik satış rekordunu qırıb

09:28 04.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən böyük yerli avtomobil şirkəti AvtoVAZ oktyabr ayında son 10 ilin satış rekordunu qırıb.

Hafta.az-ın yazdığına görə, təkcə oktyabr ayında 40900 “Lada” avtomobili satılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə, bu ilin sentyabr ayı ilə müqayisədə isə 12,9 faiz çoxdur. Beləliklə, 2023-cü ilin oktyabrında “Lada”nın minik avtomobilləri seqmentində bazar payı 40 faiz təşkil edib.

Ən çox satılan model “Lada Granta” 2011-ci ilin oktyabrında istehsalına başlanandan bəri aylıq satış rekordu qırıb. “Lada Granta”nın Rusiya bazarına çıxmasından bəri ilk dəfə aylıq satışları 20 min avtomobili keçərək 20928 ədədə çatıb.

“Lada Granta” Rusiya avtomobil bazarında ən populyar və qənaətcil model kimi tanınır.