Latviya Olimpiadanı boykot edəcək, əgər...

16:33 31.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Latviya Milli Olimpiya Komitəsinin rəhbəri Georges Tikmers Rusiya və Belarus idmançılarının yarışda iştirakına icazə verilsəydi, Latviya yığması Olimpiya Oyunlarına getməzdi.

Tikmers Latviya telekanalına deyib ki, “bu Oyunlar indi keçirilsəydi və Rusiya və Belarus idmançıları orada iştirak etsəydilər, Latviya komandası ora getməzdi.

Xatırladaq ki, yanvarın 25-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyata fəal dəstək verməyən və antidopinq məcəlləsini pozmayan rus və belarusluların beynəlxalq yarışlara buraxılmasının mümkünlüyünü elan edib. BOK Asiya Olimpiya Şurasının (OCA) iki ölkə nümayəndələrinin Asiya turnirlərində iştirakına icazə verilməsi təklifini də dəstəkləyib.

Oxunma sayı 231