Yazını böyüt
Yazını kiçilt
Tarixdə ilk dəfə olaraq Britaniya paytaxtı dünyanın əsas maliyyə mərkəzi kimi yeganə liderliyini itirib və hazırda Nyu-Yorkla rəqabətqabiliyyətliliyə görə birinci yeri bölüşür. Bu barədə cümə axşamı London şəhərinin hesabatına istinadən Financial Times qəzeti yazıb.
Hər iki şəhər rəqabətqabiliyyətlilik sahəsində 60 bal toplayıb. Eyni zamanda, Londonun indeksi ötən illə müqayisədə bir bənd, Nyu-York isə iki bənd artıb ki, bu da ona Britaniya paytaxtını tutmağa imkan verib. Üçüncü yeri 51 xalla Sinqapur tutub.