Yazını böyüt
Yazını kiçilt
Londonun cənubundakı Stritham bölgəsində bıçaqlı hücum nəticəsində iki nəfər yaralanıb.
Hafta.az xarici mətbuata istinadən bildirir ki, hadisə yerində olan şahidlər bildiriblər ki, cinayətkar mağazadakı müştəriləri bıçaqlayıb. Polis tərəfindən cinayətkar güllələnərək öldürülüb.
London Polis İdarəsi hadisə yerinin tamamilə nəzarət altına alındığını və hücumun terrorçu qruplaşmalarla əlaqəli olduğunu açıqlayıb.
Baş Nazir Boris Conson baş verən hadisədən narahatlığını ifadə edib. O, təcili yardım xidmətinə yaralılara zamanında tibbi müdaxilə etdiklərinə görə təşəkkür edib.