“LUKOİL” Direktorlar Şurasının sədri vəfat edib

16:12 24.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“LUKOİL” Direktorlar Şurasının rəhbəri Vladimir Nekrasov 66 yaşında vəfat edib.

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“LUKOİL Direktorlar Şurasının sədri Vladimir İvanoviç Nekrasovun qəfil vəfat etməsini dərin təəssüf hissi ilə bildiririk. Həkimlərin ilkin rəyinə görə, ölüm kəskin ürək çatışmazlığı nəticəsində baş verib”, - mətbuat xidmətinin məlumatda bildirilib.