Magistral kəmərlərlə qaz nəqlinin həcmi artıb

17:29 18.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Magistral neft kəmərləri ilə 12833,1 min ton neft nəql edilib. Nəqletmənin 76,4 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 9802,4 min ton neft ötürülüb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8 faizini və ya 8315,8 min tonunu Azərbaycanda hasil edilən neft, 15,2 faizini və ya 1486,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Magistral qaz kəmərləri ilə 14711,7 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz artım müşahidə olunub. Qazın nəqlinin 49,9 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 7346,4 milyon kub-metr qaz ötürülüb.