Yazını böyüt
Yazını kiçilt
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukraynada gedən döyüşlərə görə Rusiya prezidenti Vladimir Putini Fəxri Legion ordenindən məhrum edə bilər. Agence France-Presse (AFP) xəbər verir. O, bu barədə Brüsseldə Aİ sammitindən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, simvolik, lakin vacib jest olardı. Orden Putinə 2006-cı ildə təqdim edilib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Parisə səfəri zamanı Ukrayna lideri Vladimir Zelenskini Fəxri Legion ordeni ilə təltif edib, bu, respublikanın ən yüksək mükafatıdır. Bu barədə Fransa prezidenti öz Tvitter səhifəsində məlumat verib.