Makron Zelenskiyə Fəxri Legion ordeni təqdim edib

18:07 09.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransa prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenskiyə ölkənin ən yüksək mükafatı olan Fəxri Legion ordenini təqdim edib. Fransa lideri sosial şəbəkələrdə mükafatın videosunu yayımlayıb və bunu “Ukrayna və onun xalqına hörmət” adlandırıb.

BFMTV xəbər verir ki, Makron ordeni fevralın 8-dən 9-na keçən gecə Yelisey sarayında iş yeməyindən sonra həmkarına təqdim edib.

Saray aydınlaşdırıb ki, Zelenski Fəxri Legion ordeninin ən yüksək dərəcəsi olan Böyük Xaçın sahibi olub. 2006-cı ildə mükafatı Jak Şirakdan alan Rusiya prezidenti Vladimir Putin həm də Böyük Xaç Cəngavəridir.