Rusiyada büdcə gəlirlərinin azalması hökuməti borc pul axtarmağa sövq edib. Maliyyə Nazirliyi uzunmüddətli əmanət adlı proqram çərçivəsində vətəndaşlardan 15 illik kredit istəyib.
Hafta.az-ın yazdığına görə, bu haqda nazirliyin saytında məlumat verilib. Nazirlik vətəndaşlardan pullarını yastığın altında saxlamaq əvəzinə, proqram çərçivəsində pensiya fonduna köçürmələrini xahiş edib.
Proqramda iştirak könüllü olacaq və 15 il müddətinə müqavilələr imzalanacaq. Bununla belə, qadınlar üçün 55, kişilər üçün 60 yaşlı iştirakçılara pullarını vaxtından əvvəl çıxarmaq hüququ veriləcək.
Proqram iştirakçıları pensiyaya çıxdıqdan sonra dövlətdən əlavə ödənişlər ala biləcəklər.
Mövzu ilə bağlı xəbər verən “Nezavisimaya qazeta” yazır ki, nazirlik mütəmadi olaraq eyni proqramı müxtəlif adlar altında gündəmə gətirir, lakin vətəndaşlar maraq göstərmədiyi üçün dayandırılır.