Mariya Stadnik Avropa çempionu oldu

23:00 15.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik yenidən Avropa çempionu olub.

Hafta.az xəbər verir ki, bu onun Avropada 10-cu qələbəsidir.

50 kq çəki dərəcəsində yer alan idmançı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib.

 

Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib.