Masallıda avtomobil daş hasara çırpıldı - Ölən var

12:16 09.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb. Hadisə gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndində baş verib.

Hafta.az xəbər verir ki, Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı daş hasara çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.