Yazını böyüt
Yazını kiçilt
Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında əməliyyat keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a xəbər verir ki, əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov saxlanılıb.
Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir. Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.
Qeyd edək ki, əməliyyatın keçirilməsi ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.
Əməliyyat zamanı baş həkimlə yanaşı, xəstəxananın baş mühasibi Sətulla Məmmədov da saxlanılıb.