May bayramları yaxınlaşır: Otellər qiyməti qaldırdı

09:10 29.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

May bayramı öncəsi Rusiyada yüksək tələbat səbəbindən otel qiymətləri 15 faiz artıb.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, əməliyyat xərclərini artıran müəssisələr gəlirliliyi saxlamaq üçün qiymətləri artırırlar.

“Travelline” məlumatlarına görə, aprelin 28-dən mayın 12-dək ölkə üzrə bir gecəlik otaq qiyməti artaraq 9500 rubla (103 dollar) çatıb. Ostrovok, Yandex və OneTwoTrip də qiymətlərin 14-16 faiz artdığını bildirir. Ancaq bu xidmətlərə görə, orta hesabla gecə haqqı 5200 ilə 7400 rubl arasındadır.

“Travelline” səlahiyyətliləri, ölkə daxilində ən yüksək artımın 27 faizlə Tatarıstanda müşahidə edildiyinə diqqət çəkib. Muxtar respublikada orta qiymət 10700 rubl təşkil edir.

Moskvada artım nisbəti yüzdə 22,6 olaraq açıqlanıb. Bir gecəlik orta qiymət 6600 rubla qədər artıb. Sankt-Peterburqda qiymət 8600 rubl təşkil edir.

“Nikolliers” rəsmiləri həmçinin bildirirlər ki, ilin birinci rübündə beşulduzlu otel haqları 38 faiz artıb.

Digər tərəfdən, Rabota.ru saytının “SberAuto” ilə birgə apardığı araşdırmaya görə, may bayramında səyahət edəcək rusların dörddə biri tətil üçün Moskvanı seçəcək.