Mayk Pompeo Novruz bayramı münasibətilə təbrik ünvanlayıb

15:00 20.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət katibi Mayk Pompeo Novruz bayramı - yazın gəlişi münasibətilə İran və türk xalqlarını təbrik edib.

Hafta.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Prezident Donald Trampa qoşularaq Novruz bayramını qeyd edən bütün xalqlara xoşbəxtlik, sağlamlıq və firavan həyat arzulayıram.

Koronavirusun dünyaya, o cümlədən Novruz bayramını qeyd edən ölkələrə təsir etdiyini nəzərə alsaq, biz bütün görüşlərimizdə ehtiyatlı olmağa məcburuq".

Oxunma sayı 126