Mədəniyyət nazirinin Şamaxıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

17:06 14.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli tərəfindən yanvarın 17-də saat 10:00-da Şamaxı rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilməsi nəzərdə tutulan (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 36) Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Nazirlikdən hafta.az-a bildirilib ki, vətəndaşların qəbulu yanvarın 18-də saat 10:00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.