“XaricdənAzərbaycana qarşı çıxış edən məkirli mərkəzlərin sifarişlərinə, ssenarilərinə uyaraq ölkə daxilində media qanunvericiliyinin hədəfə alınması yolverilməzdir. İndiki şəraitdə dövlətimizin mövqeyinin güclənməsindən qıcıqlanan, qərəzli mövqelərə söykənən hücumların olduğu heç kəs tərəfindən unudulmamalıdır. Belə qərəzli hücumların və təxribatların artdığı bir şəraitdə medianın hansı önəm daşıdığını da unutmamalıyıq. Hər kəs media sahəsində dövlətçilik mənafeləri naminə məsuliyyətin, məsuliyyətsizliyin də nə demək olduğunu anlamalıdır”.
Bunu hafta.az-a “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev Azərbaycana qarşı xaricdən idarə olunan cəsus şəbəkələri arasında “informasiya cəbhələrinin” yaradılaraq məhz onların vasitəsi ilə bütünlüklə “Media Haqqında Qanunun, Media Reystrinin hədəfə alınması ilə bağlı açıqlamasında bildirib.
A.Quliyev bildirib ki, Vətən Müharibəsindən dərhal sonra dünyada bəlli mərkəzlər tərəfindən Azərbaycanın haqq işini çətinləşdirmək məqsədi ilə ölkəmizə qarşı yönələn müxtəlif səpkili qərəzli, siyasi xarakterli təzyiqlərin güclənəcəyi gözlənirdi. Çünki Vətən Müharibəsində əldə olunan qələbə həm ərazi bütövlüyümüzün əldə olunmasına, həm də ölkənin mövqeyini dünya miqyasında möhkəmləndirdi. Buna dostlar sevinsə də, dost olmayanlar müxtəlif istiqamətlərdə Azərbaycan dövlətinə öz mənfur niyyətlərini tətbiq eləməyə başladılar. İndi bizim üçün müsbət cəhərlərdən biri odur ki, Azərbaycan daha güclüdür və belə təzyiqləri neytrallaşdırıb özlərinə qarşı çevirmək imkanlarına malikdir.
A.Quliyev hesab edir ki, son vaxtlar Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş verən terror, media məkanında müxtəlif mərkəzlərə xidmət eliyən cəsus media şəbəkəsinin aktivləşdirilməsi, ölkəmizin ideoloji və mənəvi əsaslarını hədəf götürən fəaliyyətlərinin ortaya qoyulması, narkoticarətin gücləndirilməsi, Azərbaycanın milli-mənəvi dəyərlərini dağıtmaq üçün ən müxtəlif təxribatların törədilməsi verilən proqnozların gerçəkləşməsi deməkdir.
O, təəssüflə bildirib ki, düşmən mərkəzlərin təsiri ilə xaricdən Azərbaycana qarşı atılan addımlarına daxilimizdə olanlardan da dəstək verənlər tapılır. Onun sözlərinə görə, son vaxtlar Media Haqqında qanunun tətbiqindən sonra bu qanunun özünün və onun Reystri kimi vacib olan məsələsnin hədəfə alnmasınada daxili qüvvələrin də iştirak etməsi narahatlıq doğurur.
“Birmənalı şəkildə bilmək lazımdır ki, ölkəmizin indiki inkişafı prosesində onun bütün istiqamətlərinə qarşı təşkil edilən hücumlar xaricdə müəyyən beynəlxalq qüvvələrin maraqları çərçivəsindədir. Amma gərək Azərbaycan mediasında olan şəxslər, subyektlər bu cür oyunların, təzyiqlərin hara bağlandığını unutmasın, dövlətçilik əleyhinə olan oyunların alətinə çevrilməsinlər. Təəssüf olsun ki, içimizdə müəyyən orqanlar, müəyyən şəxslər xarici qüvvələrin əlində maşalara çevrilirlər”.
A.Quliyev qeyd edib ki, bu gün ölkəmizdə heç bir jurnalistin, media orqanının taleyinə laqeyd yanaşılmır və heç kim də buna çağırış etmir. Sadəcə olaraq Media Haqqında Qanunu piyar hədəfinə çevirmək əvəzinə mövcud, hansısa təmayillərə cavab verməyən meyyarların aradan qaldırılması üçün iş aparmaq, ictimai müzakirətyə çıxarıb sağlam mövqelərdən çıxış edərək gələcəkdə qanunun təkmilləşdirilməsi mərhələlərində çatışmayan cəhətləri aradan qaldırmaq olar.
Onun sözlərinə görə, ola bilsin ki, Media Haqqında Qanununda Reystrin tətbiqi və onun üçün nəzərədə tutulmuş prinsiplər kimlərinsə mənafelərinə cavab verməsin.
“Aydın məslədir ki, medianın qanuni əsaslarının təkmilləşdirilməsi prosesində həmişə dövrün müsbət təzahürlərinə və təmaüllərinə cavab verən kriteriyalar müəyyənləşdirilir. Həmin kriteriyalar müəyyən məqamlarda kimlərinsə mənafeləri ilə üst-üstə düşməyə bilər. Məsələn, hər hansı bir jurnalist və yaxud media orqanı Reystrdən qeydiyyatdan keçə bilmirsə və bu hansısa qanunsuzluqdan, qanuna ötəri münasibətdən, bürokratiklikdən, ikistandartan və sair səbəblərdən irəli gəlirsə, bununla barışmaq olmaz və bunu aradan qaldırmaq lazımdır. Amma nəzərə almaq lazımdır ki, bu cür neqativlər yalnız qanuni normativlərə söykənməklə ortaya çıxır. Kiminsə xoşuna gəlməyən maddəyə görə bütünlüklə Media Haqında qanunu, Media Reystrini qaralamaq, onu bir piyar obyektinə çevirmək qəti şəkildə yolverilməzdir”.