Meksikada qatar qəzasında 13 nəfər həlak olub

09:07 29.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksikanın cənubundakı Oaksaka ştatında qatarın relsdən çıxması nəticəsində baş vermiş qəzada azı 13 nəfər ölüb.

Hafta.az xəbər verir ki, qatarda 9-u heyət üzvü olmaqla 250 nəfər olub. Hadisə nəticəsində 98 nəfər xəsarət alıb.