Məktəbə başlama yaşı AZALDILIR? - Nazir açıqladı

20:12 01.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır. Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq.

Hafta.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

"Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar", - nazir deyib.

Qeyd edək ki, yeni təklifə görə, uşaqlar ibtidai sinfə 5 yaşında getməlidirlər.