Məktəblilərin tətili başlayır - Bu tarixdən

22:42 29.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilir.

Hafta.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.

Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.