Kiyevin meri Vitali Kliçko siyasi rəqiblərini onu gözdən salmağa çalışmaqda və istefaya məcbur etməkdə ittiham edib.
Hafta.az-ın yazdığına görə, Kiyevə son hava hücumları zamanı bağlı olduğu üçün bunkerə girə bilməyən və nəticədə həlak olandan sonra Zelenski bunkerlərin ümumi yoxlanılmasını əmr edib. Məlum olub ki, Kiyevdəki 4655 bunkerdən 35 faizi istifadəyə yararsızdır.
Bu arada, məhkəmə Kiyev Şəhər Təhlükəsizlik İdarəsi rəisinin evi tərk etməməsi barədə qərar qəbul edib. Buna reaksiya verən Kliçko videomüraciətində müfəttişləri öz daimi nəzarəti ilə şəhər xidmətlərinin səmərəli idarə olunmasına mane olmaqda ittihamlayaraq, "Bu gün bələdiyyə orqanlarını və məni gözdən salmaq üçün mütəmadi kampaniya gedir. İşi iflic edən sonsuz zənglər var. Müharibə vaxtı şəhərin idarə və xidmətlərinin, "O, paytaxt rəhbərliyinə xaos gətirir. Başqa problem yoxdur, əsl problem Kliçkodadır? Biri paytaxta nəzarəti ələ keçirmək üçün canfəşanlıq edir", - deyə Kliçko bildirib.
Xatırladaq ki, Kliçko Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamazdan öncə Zelenskinin əsas siyasi rəqiblərindən biri idi.