Mərkəzi Bank tədavülə xatirə pul nişanı buraxır - FOTO

14:55 10.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunmuş qızıl və gümüş xatirə pul nişanlarının tədavülə buraxılmasını elan edir.

AMB-dən hafta.az-a bildirilib ki, müvafiq monetaların satışı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) rəsmi tərəfdaşı olan “MDM Münzhandelsgesellschaft MBH&CO KG Deutsche Münze” şirkəti (www.mdm.de) tərəfindən həyata keçiriləcək.