Mərkəzi Bank uçot dərəcəsini azaldıb

11:49 25.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib.

Hafta.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9,5% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

 

Bu qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərinə növbəti dəfə bu ilin dekabrın 13-də baxılacaq.