Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək

14:34 13.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 16-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək.

Bu barədə hafta.az-a bankın mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, görüş zamanı sığorta bazarının problemləri və sığorta sektorunun cari vəziyyəti müzakirə olunacaq.

"Görüşün yekununda ictimaiyyətə ətraflı məlumat veriləcək", - bankdan bildiriblər.

Xatırladaq ki, kiçik həcmli mühərrikli nəqliyyat vasitələrinin sahibləri bir müddət əvvəl avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası ilə bağlı problemlərlə üzləşmişdi.